Hər dəriyə uyğun ballı maskalar

Dərinizi tanımadan hər eşitdiyinizi üzünüzə sürtmək faydalı deyil, əksinə zərərlidir. Dəri tipini bilmədən nəmləndirmək üçün də dərinizə heç nə sürtməyin. Ancaq hər dəri tipinin istifadə edə biləcəyi yeganə vasitə baldır.

Keçmiş zamanlardan bu yana kəsik, yanıq kimi yaraların sağalmasında istifadə edilən bal, eyni zamanda, antibakterial xüsusiyyətlərə malikdir və antiseptik olaraq istifadə edilir.

Balın geniş istifadəsinin səbəbi dərini çox nəmləndirməsi, iltihabın qarşısını alması və özəlliklə B vitaminləri baxımından zəngin olması ilə bağlıdır.
Davamı →

Yapon qadınlarının gözəllik sirləri

1. Təmizləmə: Amerikali qadınlar makiyajın təmizlənməsinə hər gün 2-3 dəqiqə, rus qadınları isə bu prosesə 4-7 dəqiqə sərf edirlər. Yapon qadınlarının bu təmizləmə prosesi ən azı 20 dəqiqə çəkir ki,bunu ayin də adlandırmaq mümkündür. Əvvəlcə makiyaj südlə silinir,daha sonra köpüklə yuyulur,sonda isə losyondan istifadə edilir. Təsadüfi deyil ki,Yaponiyada “saf” sözü “gözəl” sözünün sinonimidir.

2. Nəmləndirmək: Yapon qadınları üzü toniklə silməyi xoşlamırlar.Onların fikrincə,tonik üz dərisini qocaldır. Bunun əvəzində üzə əvvəlcə losyon sürtür,sonra isə nəmləndirici krem çəkirlər.Naturaca açıq, şəffaf, demək olar ki,maye olan bu losyon bütün yapon qadınlarının əvəzedilməz qulluq vasitəsidir.

Davamı →

Limonun üz dərisinə 5 faydası

Limon üz dərisinə çox müsbət təsir edir və bu səbəbdən bir çox kosmetik maskaların tərkibində geniş istifadə olunur. Dəriniz yağlıdırsa hər səhər və axşam üzünüzü limon dilimi ilə silin. Bu sadə prosedurun bir çox faydası var:

1. Limon şirəsi dərinin rəngini yaxşılaşdırır, dərini ağardır, piqment ləkələri, çilləri görünməz edir.

2. Limon şirəsi güclü antiseptik xüsusiyyətlərə malikdir və bu səbəbdən dərini yaxşı təmizləyir, civzələr və sızanaqların azalmasına kömək edir.
Davamı →

Şaxtalı havada dəriyə necə qulluq etməli?

— Mütəxəssislər şaxtalı havalarda üzün və əlin dərisini tərkibində spirt olan vasitələrlə silməyi məsləhət bilmirlər. Onlar müxtəlif losyonları qış aylarında süd və ya qliserin tərkibli üz təmizləyicilərlə əvəz etməyi məsləhət bilirlər.

— Şaxtalı havalarda vanna və buxar qəbul eləmək də məsləhət görülmür. Çünki qaynaq su vannasından sonra qış aylarında dəri məsamləriniz daha da dərinləşəcək. Üzünüzü isti su ilə yuyub krem çəkə bilərsiniz, amma bunu etdikdən sonra ən azı 2 saat evdən bayıra çıxmaq olmaz.
Davamı →